Robert Köçəryan və oğulları BELƏ SAXLANILDI - VİDEO

Ermənistanda siyasi gərginlik pik həddə çatıb. Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ölkənin sabiq prezidenti Robert Köçəryana qarşı başladılan cinayət işi ilə bağlı yeni və şok təfərrüatları ictimaiyyətə açıqlayıb.
Avtosfer.az xəbər verir ki, məlumata görə, cinayət işi çərçivəsində ümumilikdə 6 nəfər həbs edilib. İstintaq iddia edir ki, Robert Köçəryan prezident olduğu dövrdə yaxın şəxslərlə əlbir olaraq dövlət əmlakını müxtəlif bəhanələrlə bazar qiymətindən xeyli aşağı qiymətə mənimsəyib və əldə edib.
Bununla yanaşı, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sabiq prezident Robert Köçəryanın və onun böyük oğlu Sedrak Köçəryanın saxlanılma anına dair rəsmi görüntüləri yayıb. Xatırladaq ki, bu gün səhər saatlarından etibarən hüquq-mühafizə orqanları tərəfindən Köçəryanlar ailəsinə məxsus ünvanlarda, o cümlədən digər obyektlərdə irimiqyaslı axtarışlar və əməliyyatlar həyata keçirilir.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












