"Roşka"nın məhkəməsi təxirə düşdü - YENİLƏNİB

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili Mircəlal Muradlı müvəkkilinin ev dustaqlığına buraxılması və məhkəməyə təqdim olunan videogöruntülərin eksperizadan keçirilməsi ilə bağlı vəsatət verib.
Müşavirədən sonra qərar açıqlanıb.
Rövşən Süleymanzadənin ev dustaqlığına buraxılması təmin olunmasa da, onunla bağlı təqdim olunan videogörüntülərin ekspertizaya göndərilməsi qərara alınıb.
Növbəti proses martın 3-nə təyin olunub.
Qeyd edək ki, onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
***15:53
Tiktokda "Roşka" ləqəbi ilə tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Cövdət Mehrəliyev ittiham nitqi ilə çıxış etməsi gözlənilir.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Mircəlal Muradlı müdafiə çıxışı edəcək və tiktokerin özü son sözlə çıxış etməsi gözlənilir.
Məhkəmədə daha sonra hökmün elan edilməsi reallaşa bilər.
Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib.
Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə də 45 günlük inzibati həbs edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












