Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO

"Skuterlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi həm sürücülər, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır".
Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.
Onun sözlərinə görə, skuter nəqliyyat vasitəsidir və onu idarə edən şəxs yol hərəkətinin iştirakçısı kimi müəyyən edilmiş qaydalara əməl etməli, ətrafdakı insanların təhlükəsizliyini nəzərə almalıdır.
R.Tağıyev qeyd edib ki, avqustun 22-də paytaxtın Yasamal rayonunda skuter idarə edən şəxsin yıxılaraq ağır xəsarət alması və sonradan həyatını itirməsi bu nəqliyyat vasitəsindən istifadə zamanı kiçik bir ehtiyatsızlığın belə ağır nəticələrə səbəb ola biləcəyini göstərir.
“Skuterlərin ümumi istifadədə olan avtomobil yollarında yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə riayət edilməklə yalnız yolun sağ kənar zolağı ilə hərəkətinə icazə verilir. Skuterlərin avtomagistrallarda hərəkəti qadağandır. Həmçinin skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması və sükanı tutmadan hərəkət etməsi yolverilməzdir”, – deyə şöbə rəisi vurğulayıb.
O bildirib ki, bir skuterdə iki nəfərin hərəkət etməsi tarazlığın saxlanılmasını və nəqliyyat vasitəsinin idarə edilməsini çətinləşdirir, yıxılma və toqquşma ehtimalını artırır.
“Eyni zamanda, səkilərdə piyadaların arasından sürətlə keçmək, xüsusilə uşaqlar, yaşlılar və hərəkət imkanları məhdud şəxslər üçün ciddi təhlükə yaradır. İşıqforun siqnallarına və yol nişanlarının tələblərinə əməl edilməməsi, nəqliyyat axınının əksinə hərəkət edilməsi ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Hərəkət zamanı mobil telefondan istifadə isə diqqətin yayınmasına və yaranan təhlükəyə vaxtında reaksiya verilməməsinə gətirib çıxarır”, – R.Tağıyev deyib.
Şöbə rəisi valideynlərə də müraciət edib.
O, azyaşlıların elektrik skuterlərindən istifadəsinə xüsusi məsuliyyətlə yanaşmağın vacib olduğunu bildirib:
“Uşağın skuteri hərəkətə gətirə bilməsi onun yol şəraitini, sürəti və məsafəni düzgün qiymətləndirmək bacarığına malik olması demək deyil. Bu vasitəyə oyuncaq kimi yanaşılması və uşaqların ondan istifadəsinə qeyd-şərtsiz şərait yaradılması ağır nəticələr doğura bilər”.
R.Tağıyev skuter istifadəçilərini yol hərəkəti qaydalarına ciddi riayət etməyə, piyadaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə almağa, valideynləri isə uşaqların bu vasitələrdən istifadəsinə nəzarəti gücləndirməyə çağırıb.
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI











