Rusiya AZAL-ın təyyarəsinə görə təzminat ödədiyini bildirir

"Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğramasından sonra Rusiyanın sığorta haqqını ödəməməsi ilə bağlı yayılan məlumatlar yalandır”.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
Bildirib ki, “AlfaStrakhovanie” ASC fevral ayından təbii fəlakətlə əlaqədar sığorta ödənişləri həyata keçirir.
“Uçuşda olan 62 sərnişindən 46-nın yaralanması və həlak olması ilə bağlı iddialar tam təmin edilib, o cümlədən 15 Rusiya vətəndaşından 7-nin, 38 Azərbaycan vətəndaşından 35-nin, 3 Qırğızıstan vətəndaşının hamısının, 6 Qazaxıstan vətəndaşından isə 1-nin tam ödənişi təmin edilib. Bu günə olan məlumata görə, təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib”.
Departamentdən o da bildirilib ki, Azərbaycan aviaşirkətinə təyyarəyə görə tam sığorta dəyəri - 1,003 milyard rubl məbləğində sığorta kompensasiyası ödənilib.
Qeyd edilir ki, xəsarət alanlar və ölənlərin yaxınları ilə tam hesablaşma məqsədilə kompensasiya məbləğlərinin razılaşdırılması istiqamətində iş davam etdirilir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












