Rusiya bu ölkələrlə dəmir yolu keçidini bağlayır

Rusiya hökuməti Latviya, Finlandiya və Estoniya ilə dövlət sərhədindəki bir neçə dəmir yolu keçid məntəqəsinin bağlanması barədə əmr verib.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, müvafiq dəyişikliklər Nazirlər Kabinetinin qərarında əksini tapıb.
Xüsusilə, Sankt-Peterburq-Finlandiya və Vıborq keçid məntəqələrinin, eləcə də bir sıra digər keçid məntəqələrinin fəaliyyəti dayandırılacaq.
Rusiya Xarici İşlər Nazirliyinə qərarın 1 iyul tarixindən qüvvəyə minəcəyi barədə Latviya, Estoniya və Finlandiya hakimiyyət orqanlarını məlumatlandırmaq tapşırılıb. Dərhal qüvvəyə minən bu qərarla yuxarıda qeyd olunan sərhəd keçid məntəqələrindən insanların, nəqliyyat vasitələrinin, malların və yüklərin hərəkəti dayandırılacaq.
Bağlanacaq buraxılış məntəqələrinin siyahısına həmçinin Kareliyanın Finlandiya ilə sərhəd keçid məntəqələri olan Vyartsilya və Lyuttya, Leninqrad vilayətindəki Svetoqorsk, Estoniyanın Peçorı-Pskovskie və Pskov vilayətindəki Latviyanın Pıtalovo buraxılış məntəqələri də daxildir.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












