Rusiya Ermənistandan balıq idxalını da dayandırır

Rusiya Ermənistandan balıq idxalını da dayandırır.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) qərar qəbul edib.
Bildirilib ki, “Rosselxoznadzor” mayın 21-dən 27-dək Ermənistanın balıq emalı müəssisələrində yoxlamalar aparıb, həmçinin alabalıq saxlama və yetişdirmə fermalarına baş çəkib. Qurumun məlumatına görə, müəssisələrin 50%-i yoxlamaların keçirilməsindən imtina edib.
“Yoxlamanın nəticələrinə əsasən, 2026-cı il iyunun 2-dən etibarən yaranmış vəziyyət nizamlananadək, yoxlamadan keçmiş iki şirkət istisna olmaqla, Ermənistanın bütün şirkətlərindən Rusiya üçün diri balıq və balıq məhsullarının baytarlıq sertifikatlaşdırılması dayandırılmalıdır”, - “Rosselxoznadzor”un bəyanatında deyilir.
İcazə verilmiş iki zavodun balıq məhsulları isə yalnız təhlükəsizlik göstəriciləri üzrə laborator monitorinqlərin keçirilməsi şərtilə Rusiyaya idxal olunacaq.
Xatırladaq ki, daha əvvəl “Rosselxoznadzor” Ermənistan mənşəli və bu ölkədən göndərilən çiçək məhsullarının, eləcə də meyvə-tərəvəzlərin idxalına məhdudiyyətlər tətbiq edib.
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri












