Rusiya ilə dəmir yolu əlaqəsinin bərpası gündəmdə deyil - GDY

Gürcüstan Dəmir Yolları Rusiya ilə Gürcüstan arasında dəmir yolu nəqliyyatının bərpası ilə bağlı yayılan məlumatları təkzib edib.
Avtosfer.az xəbər verir ki, qurumdan bildirilib ki, Rusiya ilə dəmir yolu əlaqəsinin, o cümlədən Abxaziya ərazisindən keçən marşrutun bərpası ilə bağlı heç bir müzakirə aparılmır və bu mövzunun gündəmə gətirilməsinin səbəbi onlara məlum deyil.
Məlumat üçün qeyd edək ki, bundan əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya mediasına verdiyi açıqlamada Qafqazda zədələnmiş nəqliyyat marşrutlarının, o cümlədən Rusiya ilə Gürcüstan arasında Abxaziya üzərindən dəmir yolu xəttinin bərpası imkanları üzərində iş aparıldığını bildirmişdi.
Gürcüstan Dəmir Yolları isə bu bəyanata cavab olaraq vurğulayıb: "Gürcüstan Dəmir Yollarında Rusiya ilə Gürcüstan arasında dəmir yolu nəqliyyatının bərpası ilə bağlı heç bir söhbət getmir. Bu səbəbdən məsələnin niyə gündəmə gətirildiyi bizim üçün tam aydın deyil".
Qeyd edək ki, Abxaziya üzərindən keçən dəmir yolu marşrutu Gürcüstanın ərazi bütövlüyü və Rusiya-Gürcüstan münasibətlərində mövcud siyasi gərginlik fonunda xüsusi həssaslıq daşıyan mövzu hesab olunur./report
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












