Rusiya mediası İlham Əliyevin Özbəkistan səfərini geniş işıqlandırır - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Rusiyanın media məkanında geniş işıqlandırılır. Rusiya nəşrlərinin diqqət mərkəzində iki ölkə liderlərinin danışıqları, Əbədi dostluq haqqında Müqavilənin imzalanması, iqtisadi-ticari və nəqliyyat əməkdaşlığının inkişafı, həmçinin Bakı və Daşkəndin yeni birgə layihələri dayanır.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, TASS agentliyi Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Əbədi dostluq haqqında Müqavilənin imzalanmasına xüsusi diqqət ayırır. Nəşr qeyd edir ki, dövlət başçıları qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması proqramı, həmçinin turizm və mədəniyyət sahələrində əməkdaşlıq haqqında sazişlər də daxil olmaqla, bir sıra digər sənədlər də imzalayıblar.
"İnterfaks" agentliyi danışıqların nəticələri və Azərbaycan ilə Özbəkistan arasında Ali Dövlətlərarası Şuranın üçüncü iclası barədə ətraflı məlumat yayıb. Nəşrin məlumatlarında qeyd olunur ki, tərəflər strateji tərəfdaşlığı və müttəfiqlik münasibətlərini daha da dərinləşdirmək, sənaye kooperasiyasını genişləndirmək və birgə investisiya şirkətinin imkanlarından daha fəal istifadə etmək niyyətindədirlər.
"İnterfaks" nəqliyyat əməkdaşlığına ayrıca diqqət yetirib. Agentlik Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Daşkəndin Xəzər dənizində vahid operatorun fəaliyyət göstərəcəyi ayrıca Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasında və Orta Dəhlizin inkişafı çərçivəsində birgə donanmanın fəaliyyətə başlamasının sürətləndirilməsində maraqlı olması barədə açıqlamasını yayıb.
Rusiyanın "Vedomosti" nəşri Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin yüksək səviyyəyə çatdığını yazır. Nəşr son beş ildə qarşılıqlı ticarətin üç dəfə artmasına diqqət çəkir. Həmçinin energetika, kimya və hasilat sənayesi, tekstil, kənd təsərrüfatı və şəhərsalma sahələrində həyata keçirilən birgə layihələr, eləcə də iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması planları qeyd olunur.
Rusiya media orqanları səfər çərçivəsində bank-maliyyə sektoru, neft-qaz sənayesi, təhsil, turizm, mənzil tikintisi, dağ-mədən sənayesi və kənd təsərrüfatı sahələrində yeni birgə layihələrin fəaliyyətə başlaması barədə də məlumat yayıb.
Bir sıra nəşrlər Prezident İlham Əliyevin nəqliyyat marşrutlarının inkişafı ilə bağlı açıqlamalarına diqqət yetirir. Xüsusilə Rusiya mediası dövlət başçısının Azərbaycan ərazisində və Naxçıvan Muxtar Respublikasında Zəngəzur dəhlizinin yaradılması istiqamətində görülən işlər, həmçinin Ermənistan ərazisində TRIPP layihəsinin həyata keçirilməsi perspektivləri barədə fikirlərindən sitatlar gətirir.
Rusiya media orqanlarının materiallarında dövlət başçılarının qarşılıqlı təltifetmə mərasimi də öz əksini tapıb. Bildirilir ki, Prezident İlham Əliyev Özbəkistanın ali dövlət mükafatı olan yüksək dərəcəli "Oliy Darajali Dustlik" ordeni ilə, Prezident Şavkat Mirziyoyev isə "Heydər Əliyev" ordeni ilə təltif olunub.
Rusiya mətbuatı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrin həyata keçirilməsində Özbəkistanın xüsusi rolunu da qeyd edir. Media Prezident İlham Əliyevin Özbəkistanın Qarabağın bərpasına ilk dəstək verən ölkə olduğunu, 960 şagird yerlik məktəb tikdiyini və iri tikiş istehsalının yaradılmasına investisiya yatırdığını bildirən sözlərini dərc edirlər.
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
















