Rusiya və İran Rəşt-Astara dəmir yolu xətti layihəsinin həyata keçirilməsinə başlayacaq

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolu xətti layihəsinin praktiki icrasına 2026-cı il aprelin 1-dən başlanacaq.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilyev Rusiya və İran arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işi çərçivəsində bildirib.
Onun sözlərinə görə, tərəflər layihənin başlanmasını ləngidən bütün mübahisəli məsələləri həll edə biliblər:
"Şimal-Cənub" dəhlizi təkcə enerji deyil, həm də nəqliyyat dəhlizidir. Onunla Rəşt-Astara dəmir yolu xəttinin tikintisi əlaqəlidir. Biz demək olar ki, bütün məsələləri, o cümlədən torpaqların rəsmiləşdirilməsi və güzəştlərin əldə edilməsinə dair məsələləri işləyib hazırlamışıq. Aprelin 1-də Rusiyada nəqliyyat həftəsində bu layihənin reallaşdırılmasına başlanılması barədə yekun razılaşmanın olacağına razılaşdıq".
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












