Rusiyada ayı qəbri qazaraq qadın meyitini aparıb

Rusiyanın Maqadan şəhərində ayı qəbiristanlıqda məzarlardan birini qazaraq qadının meyitini aparıb.
Avtosfer.az xəbər verir ki, ailə fevralın sonlarında vəfat etmiş qohumunun qəbrini ziyarət etmək üçün Maqadandakı qəbiristanlığa gedib, lakin orada məzarın qazıldığını və ətrafındakı hasarın sındırıldığını görüb.
Qadının meyiti yoxa çıxıb, qəbrin ətrafında isə paltar qalıqları olub. Qəbiristanlıq işçiləri heç nə görmədiklərini bildiriblər.
Qohumlar axtarışa başlayıb və qəbiristanlıqdan təxminən 300 metr aralıda, meşədə, 10-a yaxın kəllə və çoxlu sayda sümük aşkarlayıblar. Qazılmış məzarın ətrafındakı əraziyə və qəbiristanlığa baxış zamanı iri ayının izləri də aşkar edilib.
İlkin məlumatlara görə, yırtıcı uzun müddət bu ərazidə məskən salmış ola bilər və ehtimal ki, qəbirləri ilk dəfə qazmır.
Ailə polisə və Maqadan meriyasına müraciət edib. Ayının peyda olması ilə bağlı bundan sonra hansı tədbirlərin görüləcəyinə hakimiyyət orqanları qərar verməlidir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












