Rusiyada general yanacaq oğurluğunda ittiham olunur

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskva vilayəti üzrə Baş İdarənin balansında olan motor yanacağının mənimsənilməsi halları üzə çıxarılıb.
Avtosfer.az RBC-ya istinadən xəbər verir ki, bu məlumatı Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk açıqlayıb.
Onun sözlərinə görə, cinayət əməlində "Evrotrans" ASC-nin direktorlar şurasının sədri İqor Martışov, həmçinin onun tabeçiliyində olan üç top-menecer iştirak edib. Bundan əlavə, prosesə Rusiya DİN-in Moskva vilayəti üzrə Baş İdarəsinin rəis müavini, general-mayor Sergey Malkov, təsərrüfat təminatı mərkəzinin rəisi, polkovnik Aleksey Suyarov və həmin mərkəzin şöbə rəisi, polkovnik-leytenant Anna Levina da cəlb olunublar.
Oğurluq faktı əsasında cinayət işi başlanılıb. İstintaq orqanları qeyd olunan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət ediblər. (Oxu.az)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












