Rusiyada müsəlman kuryerlərə halal olmayan məhsulların daşınması qadağan edilib

Rusiyada müsəlman kuryerlərə halal olmayan məhsulların daşınması qadağan edilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müsəlmanları Ruhani İdarəsinin Üləmalar Şurası məlumat yayıb.
Bildirilib ki, müsəlman kuryerlərə spirtli içkilər, qumar oyunları, bütlər, bütpərəst dini əşyalar, donuz əti və halal olmayan ətlərin daşınmasını qadağan etmək barədə fətva verilib. Fətvaya görə, kuryer qadağan olunmuş əşyaları utilizasiya üçün və ya onların içindəkilərdən əmin olmadıqda daşıya bilər. Əgər bağlamada daha çox icazə verilən mal varsa, o zaman onlarla birlikdə halal olmayan məhsulların daşınmasına icazə verilir. İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev bildirib ki, kuryerlərə halal olmayan məhsulların çatdırılmasını qadağan edən fətva Rusiya Federasiyasının Konstitusiyasına ziddir. Onun sözlərinə görə, konstitusiyada təsbit olunmuş dünyəvi dövlət prinsipi dini qurumların dövlət orqanlarının funksiyalarını öz üzərinə götürmək hüququnun olmadığını nəzərdə tutur. Fadeyev həmçinin qeyd edib ki, bu, vətəndaşların öz işini sərbəst seçmək hüququnu pozur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












