Rusiyada yanacaqdoldurma məntəqəsində silahlı insident

Rusiyanın Sankt-Peterburq şəhərindəki yanacaqdoldurma məntəqələrindən birində atəş açan şəxs saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional mətbuat xidməti məlumat yayıb.
İdarənin məlumatına görə, polisə Karaçayevskaya küçəsindəki 31 nömrəli binanın yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində atışma olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 53 yaşlı şübhəli şəxsi saxlayıblar.
İlkin məlumatlara görə, şübhəli şəxs məntəqədə 40 yaşlı sürücü ilə mübahisədən sonra avtomobili idarə edərkən tapançasından digər sürücünün nəqliyyat vasitəsinə bir neçə dəfə atəş açıb.
Saxlanılan şəxs polis bölməsinə aparılıb və barəsində inzibati protokol tərtib edilib. Silah müsadirə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda cinayət işinin başlanılması məsələsinə baxılır.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












