Rusiyadakı Azərbaycan "oğru dünya"sının YENİ LİDERİ

Rusiyadakı Azərbaycan kriminal aləmində uzun müddətdir davam edən liderlik boşluğu yeni mərhələyə qədəm qoyur. Yerli kriminal qruplar arasında vahid liderin olmaması fonunda Azərbaycan mənşəli kriminal çevrələrin nəzarətinin digər Qafqaz qruplarının əlinə keçməsi təhlükəsi yaranıb.
Avtosfer.az xəbər verir ki, 5 ildən sonra Moskvaya qayıdan çeçen əsilli “qanuni oğru” Əhməd Dombayev (Əhməd Şalinski) artıq Azərbaycan kriminal qruplarının da fəaliyyətinə müdaxilə etməyə başlayıb.
Dombayevin Moskvaya qayıdışı “təntənəli” xarakter daşıyıb. O, paytaxtda çoxsaylı silahlı şəxslərin müşayiəti ilə hərəkət edir. Bildirilir ki, onun ətrafında ən azı 20 nəfərlik mühafizə dəstəsi var. Əhməd Dombayevin bir sıra hallarda Azərbaycan kriminal klanlarının uzun müddətdir nəzarətində hesab olunan məkanlarda göründüyü, həmçinin azərbaycanlı biznesmenlərlə əlaqələr qurduğu iddia edilir. Belə ki, hazırda Rusiyadakı Azərbaycan kriminal aləmində vahid və real təsir gücünə malik liderin olmadığı bildirilir.
Azərbaycanlı “qanuni oğru” Vaqif Süleymanov uzun müddətdir kriminal proseslərdə əvvəlki təsirini itirib. Onun əsasən vaxtını digər “qanuni oğru” Suren Tavadovla (Surik Andijanski) keçirdiyi iddia edilir. Digər azərbaycanlı kriminal avtoritetlərdən Taleh Dağlıyev (Tolik Maştağinski) barədə isə onun Federal Təhlükəsizlik Xidmətinin (FTX) göstərişi ilə Pyatiqorsk şəhərinə göndərildiyi və Moskvada görünməsinə icazə verilmədiyi yazılır.
“Kriminal general” kimi təqdim olunan Ulfat Tağıyevin (Rufo Gəncinski) isə Rusiyaya girişinə qadağa qoyulduğu, buna baxmayaraq, bəzi münaqişələri uzaqdan idarə etdiyi iddia edilir. Məlumata görə, son dövrlərdə azərbaycanlı kriminal qruplar arasında “razborka”larda Rusiya-Ukrayna müharibəsinin iştirakçısı olmuş Zaur Əliyevin (Zayka) da adı hallanır.
Bütün bunların nəticəsində Azərbaycan kriminal mühitində vahid mərkəzin olmamasının qarşıdurma riskini artırdığı bildirilir. Məhz belə bir şəraitdə Əhməd Şalinskinin Moskvaya qayıtması Azərbaycan kriminal qrupları üçün yeni vəziyyət yaradıb. Bildirilir ki, o, müxtəlif azərbaycanlı kriminal qrupları öz nəzarəti altında birləşdirməyə başlayıb.Onun bununla kifayətlənmək niyyətində deyil və növbəti mərhələdə digər Qafqaz kriminal qrupları üzərində də nəzarət yaratmağa çalışacaq.
Əhməd Dombayevin Moskvaya qayıtması isə ayrıca suallar doğurur. Çünki onun Rusiya üzrə federal axtarışda olduğu bildirilir. Buna görə də onun 5 illik fasilədən sonra Moskvaya gəlib açıq şəkildə fəaliyyət göstərməsi və Azərbaycan criminal aləminə nüfuz etməsi planlı addıma bənzəyir./modern.az
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












