Rusiyadan Ermənistanla bağlı YENİ QƏRAR

Rusiya Ermənistanla bağlı qərarını açıqladı. Rusiya Ermənistanla bağlı qərarını açıqladı.
Avtosfer.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un nümayəndələri “İzvestiya”ya bildiriblər. Qurumun məlumatına görə, Ermənistan tərəfinin sözügedən materialları təqdim etməsi məhsulların idxalına qoyulan məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsi üçün əsas şərtdir.
Moskva və İrəvan arasında Ermənistan məhsullarının Rusiya bazarına tədarükü ilə bağlı yaranmış problem də müzakirə olunub.
Rusiya daha əvvəl Ermənistandan bir sıra məhsulların idxalına məhdudiyyətlər tətbiq edib. Bu ilin iyunundan etibarən məhdudiyyətlər karantin nəzarətinə aid müxtəlif məhsullara, o cümlədən balıq, tərəvəz, meyvə və quru meyvələrə qədər genişləndirilib.
Bundan əvvəl Rusiyanın Ermənistandan gətirilən 70 mindən çox şüşə içkinin satışını da blokladığı bildirilib.
“Rosselxoznadzor” Ermənistan tərəfdən aşkar edilmiş sanitar pozuntuların araşdırılmasının nəticələrini və problemlərin aradan qaldırılması üçün görüləcək tədbirlərin konkret planını gözləyir. İrəvanın bu materialları nə vaxt təqdim edəcəyi ilə bağlı dəqiq tarix açıqlanmayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan isə daha əvvəl Rusiya tərəfindən tətbiq olunan məhdudiyyətləri Aİİ ilə bağlı siyasi müzakirələrlə əlaqələndirərək bunu qurumun “sonunun başlanğıcı” kimi qiymətləndirmişdi.
Hazırda Moskvanın mövqeyinə əsasən, Ermənistan tələb olunan hesabatı təqdim etdikdən və Aİİ-nin sanitar, baytarlıq və fitosanitar tələblərinə əməl olunması ilə bağlı konkret plan ortaya qoyduqdan sonra məhdudiyyətlərin yumşaldılması və ya aradan qaldırılması məsələsinə yenidən baxıla bilər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












