Sabah ölkənin dörd rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 14-də saat 10:00-dan etibarən rayonun Xırmandalı, Bəydili, Muğan, Yuxarı Ağalı kəndlərinin, Biləsuvar şəhərinin "Təyyarə Meydanı" yaşayış massivinin və H.Əliyev prospektinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
Sabirabad, Salyan və Saatlıda da qaz təchizatında fasilə yaranacaq.
Salyan Regional Qaz İstismarı İdarəsinin məlumatında bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 14-də saat 10:00-dan işlər yekunlaşanadək Sabirabad şəhərinin bəzi küçələrinin, Salyan rayonunun Kürsəngi, Yenikənd, Şəkərli, Həsənli və Qardilli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin Saatlı rayonunun Günəşli, Qarayevkənd, Fətəlikənd, Xanlarkənd, Çolpu və Azadkənd kəndlərinin qaz təchizatı da müvəqqəti dayandırılacaq.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












