Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır

Məlum olduğu kimi, Azərbaycanda sosial müavinətlər artırılıb.
Avtosfer.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:
- orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat;
- ailə başçısını itirməyə görə 140 manat;
- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 manat;
- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 manat;
- beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat;
- övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 manat;
- himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 500 manat, 7–13 yaş arası uşağa görə 600 manat, 14–18 yaş arası uşağa görə 650 manat;
- uşağın anadan olmasına görə 600 manat;
- dəfn üçün 600 manat.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












