Sabiq bankirin oğlu ilə bağlı iş məhkəmə araşdırmasına verildi

Hazırda lisenziyası ləğv olunmuş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifov və tanışı İlham Abbasovun külli miqdarda dələduzluq faktı üzrə cinayət işinin məhkəməsi keçirib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, iclas Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilib.
İclasda zərərçəkənlərin vəkilləri İlham Abbasov barəsində verilmiş həbs olmayan qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunması üçün vəsatət veriblər.
Məhkəmə vəsatəti təmin etməyib. Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Növbəti proses dekabrın 26-na təyin edilib.
Qeyd edək ki, keçmiş bankir oğlu bu dəfə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunur. İstintaqla müəyyənləşdirilib ki, İ.Yusifov tanışı İlham Abbasovla əlbir olaraq vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.
Onlar altı nəfərin yarım milyondan çox pulunu ələ keçirilməsində şübhəli bilinirlər.
Onu da qeyd edək ki, "Texnikabank" ASC-nin Bakı filialının rəhbəri olmuş Zal Yusifov 2010-cu ildə 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində, oğlu İslam Yusifov isə eyni iş üzrə dələduzluq epizodunda iştirakçı kimi təqsirli bilinərək həbs olunmuşdular. Zal Yusifov həmin vaxt 15 il, oğlu İslam Yusifov isə səkkiz il azadlıqdan məhrum ediliblər. Onların milyonlarla manatlıq əmlakı müsadirə edilib. Beş il sonra İslam Yusifov, bundan illər sonra isə atası Zal Yusifov azadlığa buraxılıblar.
İndi isə İslam Yusifov və İlham Abbasova qarşı Cinayət Məcəlləsinin 178.3.2, 178.4-cu maddəsi ilə ittiham irəli sürülüb.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












