Sabiq məmurlara hökm oxundu; biri Süleyman Mikayılovun uşaqlıq dostu imiş

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
İş üzrə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, icra hakimiyyəti başçısı aparatının Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunda baş məsləhətçi İsa Şəmsəliyev və icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Rəşad Nadirli mühakimə edilib. Onlardan yalnız Q.Abdullayev həbsdə olub.
Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxslər cinayət baş verən dövrdə rayon icra hakimiyyətinin başçısı işləmiş Süleyman Mikayılovun qərarlarına qanunsuz təsir edərək müxtəlif şəxslərə pul qarşılığında işlər görməyə icazə veriblər.
Zərərçəkmiş şəxslər əsasən ev tikmək məqsədilə torpaq sahəsinə yerləşmə cizgisinin təsdiqlənməsi üçün müraciət ediblər. Onlar 3, 5, 6 min manat pul verdikdən sonra torpaq sahəsinə icra başçısı tərəfindən təsdiqlənmiş sənəd alıblar.
İş materiallarından görünür ki, qanunsuz fəaliyyətlərdə əsas rol oynayan təsərrüfat şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev olub. Məhkəmədə onun Süleyman Mikayılovun uşaqlıq dostu olduğu məlum olub. İcra başçısı bir çox işləri həll etməyi də məhz ona həvalə edib.
Sabiq məmurlar icra başçısının qərarına qanunsuz təsir etdiklərini boyunlarına almayıblar. Onlar ifadələrində deyiblər ki, yerləşmə cizgisinin təsdiqlənməsi yalnız icra başçısının möhürü ilə mümkün olub. Onlar da kiməsə “icra başçısının qərarına təsir edə bilərik” deməyiblər.
Məhkəmə yekunda təqsirləndirilən şəxslərin üçünü də nüfuz alveri cinayətində təqsirli bilib. Hökmə əsasən, Qafar Abdullayev 1 il 3 ay həbs, İsa Şəmsəliyev 10 min, Rəşad Nadirli isə 9500 manat cərimə cəzasına məhkum edilib.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











