Sabiq nazirin dəbdəbəli mənzili yarı qiymətinə satışa çıxarıldı

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş mənzillərindən biri növbəti dəfə hərraca çıxarılır.
Avtosfer.az xəbər verir ki, mənzil Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 5-ci dəfə iyulun 16-da 50% endirimli qiymətlə təkrar hərraca çıxarılacaq.
Xüsusi müsadirə edilmiş əmlaklar siyahısına daxil edilmiş mənzilin ümumi sahəsi 370,4 kvadrat metrdir.
Paytaxtın Yasamal rayonunun Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən əmlakın hərracda başlanğıc qiyməti 463 125 manat müəyyənləşib.
Mənzilə sahib olmaq üçün son müraciət tarixi isə sabah - 10 iyul, saat 18.00-dək müəyyən edilib.
Qeyd edək ki, S.Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. S.Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub. Dövlətə dəymiş ziyanı tam ödədiyindən S.Müslümova 11 il şərti həbs cəzası verilib. Onun bir neçə əmlakı da dövlətə dəymiş ziyanın əvəzi olaraq müsadirə olunub./iqtisadiyyat.az/
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












