Sabiq vəzifəli şəxs Şərurlu İsfəndiyardan ŞİKAYƏTÇİDİR: "155 min dollarımı VERMİR " - FOTO

"Şərur" MTK-nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Avtosfer.az xəbər verir ki, oxu.az-a danışan şikayətçi Qəşəm Güləliyev bildirib ki, məhkəmə qərarına baxmayaraq, İsfəndiyar Axundov ona dəymiş ziyanı ödəmir.

Şikayətçi bu fikirləri səsləndirib:
"2006-cı il dekabr ayının 11-də Xətai rayonu ərazisində Şərurlu İsfəndiyara məxsus "Şaiq" MTK-dan hər biri üçotaqlı olmaqla dörd mənzil almışam. Aldığım mənzillərin binası hazır deyildi, bünövrəsi yeni qoyulurdu. Bu mənzillərə ümumilikdə 218 min dollar ödəmişəm. Bir ildən sonra məlum oldu ki, həmin mənzillər çox adama satılıb. Mənə verilən sənədlər başqalarına da verilib. Mən həmişə vəzifədə işləmişəm, çox adam məni tanıyır.
Nə baş verdiyini soruşanda dedilər ki, narahat olma, həll edəcəyik. Hər dəfə müxtəlif bəhanələrlə başımı qatdılar. İsfəndiyar təxminən 6 il öncə dörd mənzildən birinin əvəzinə başqa üçotaqlı mənzili qaytarıb, 3 mənzilimin pulu qalıb - yəni 155 188 dollar.
2023-cü il may ayının 19-da məhkəmə qərar çıxardı ki, 155 188 dollar dəymiş ziyan ödənilsin. Pulu ödəmədilər, prosesi icra etmədikləri üçün sonuncu dəfə 1200 manat cərimə olunublar. Deyirlər, pulumuz yoxdur. Onun adına ölkədə heç bir əmlak yoxdur. MTK-larını direktorlara verib. İcraçı direktorları da tez-tez dəyişir. 19 il keçib, hələ də ödəmir".

Aldanan vətəndaş İsfəndiyar Axundov ilə bağlı da danışıb:
"Bütün bu proseslərdən sonra şəkər xəstəliyi tapdım, məni boğaza yığıb. İllərdir, müxtəlif sənədlər verərək məni aldadır".
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO










