Sabunçuda xalasının işgəncə verdiyi iddia edilən yeniyetmə sığınacağa yerləşdiriləcək - YENİLƏNİB

Bakıda yetkinlik yaşına çatmayan şəxsin zorakılığa məruz qalması ilə bağlı yeni təfərrüat məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
O qeyd edib ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində baş vermiş hadisə ilə bağlı Dövlət Komitəsi tərəfindən dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb:
"Hadisə ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Sabunçu Rayon Polis İdarəsi tərəfindən ailəyə səfər edilib. Səfər zamanı məlum olub ki, qeyd edilən ünvanda yalnız yetkinlik yaşına çatmayan uşağın 21 yaşlı qardaşı olub. Uşaq isə qəyyumu tərəfindən Lənkəran şəhərinə aparılıb. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində yeniyetmənin qəyyumu ilə birgə dərhal Bakıya gətirilməsi təmin olunub. Qəyyumluğun ləğv edilməsi və uşağın xəstəxanaya yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür".
***18:07
Valideynlərini itirən və qohumları tərəfindən ağır işgəncələrə məruz qaldığı iddia olunan 14 yaşlı yeniyetmə ilə bağlı araşdırma aparılır.
Bu barədə Avtosfer.az-a DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli məlumat verib.
O bildirib ki, yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu RPİ-nin 13-cü polis bölməsində hazırda təhqiqat araşdırması aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.
Qəyyumluğun ləğv edilməsi və uşağın sığınacağa yerləşdirilməsilə üçün aidiyyəti dövlət qurumları ilə zəruri işlər görülür.
Qeyd edək ki, sosial şəbəkədə yayılmış paylaşımda yeniyetmənin xalası tərəfindən davamlı olaraq ağır işgəncələrə məruz qaldığı bildirilirdi.
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










