Şagirdlərə qəbul haqda məlumat gəlib - Nazirlik isə qəbulu dayandırdı - VİDEO

Şəki şəhəri 3 nömrəli Uşaq Musiqi Məktəbi ötən əsrin 80-ci illərindən fəaliyyət göstərir. Onlarla tanınmış musiqiçi, eləcə də beynəlxalq və respublika müsabiqələrinin laureatlarını yetişdirən təhsil ocağına bu ildən qəbul dayandırılıb.
Avtosfer.az ATV-yə istinadən xəbər verir ki, növbəti il üçün imtahan keçiriləndən və 70 şagirdə rəsmi məlumat daxil olandan sonra məktəbdə şagird qəbulunun dayandırıldığı məlum olub.
“Burada iki nəvəm təhsil alır. Bu il isə üçüncü nəvəm də qəbul olub. Amma xəbər gəlib ki, şagird qəbulu olmayacaq. İndi biz necə edək?”, - valideynlərdən biri gileylənib.
Digər valideyn isə deyib ki, övladı 98 bal toplayıb. Övladının başqa məktəbdə təhsil almasını istəməyən ata, bunun uşağının təhsilinə də zərəri olacağını vurğulayıb.
Mədəniyyət Nazirliyi tərəfindən Şəki şəhəri 3 nömrəli Uşaq Musiqi Məktəbinə 1-ci sinfə şagird qəbulunun dayandırılması haqda verilən məlumat valideynləri çaşqın hala salıb. Çünki növbəti tədris ili üçün imtahan verib yüksək bal toplayan 70-dən çox şagird var. Onlar iyun ayında qəbul imtahanında iştirak ediblər. Yekun balları da elektron qaydada elan olunub.
Məktəbin direktoru Şəmsiyyət Əsgərova valideynlərin haqlı tələbini başa düşdüyünü, məsələ ilə bağlı Mədəniyət Nazirliyinə müraciət edərək 1 il möhlət verilməsini xahiş etdiklərini bildirib:
“May ayında nazirliyimizin rəsmi göstərişi ilə sənəd qəbulu oldu. İyun ayının 17-də rəsmi olaraq imtahanlar başladı. Bütün ixtisaslar üzrə birinci siniflərə qəbul imtahanları keçirildi. Mən də bilmirəm bu nə məsələdir. Əgər bizim məktəbə 1-ci sinfə qəbul olmayacaqdısa, gərək bu barədə may ayında deyilərdi”.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, musiqi, incəsənət məktəblərinə şagird qəbulu prosesinin imtahan mərhələsi yekunlaşıb:
“Şagirdlərin ixtisas seçimi və yerləşdirilməsi prosesinə başlanılmayıb. Bu mərhələ yekunlaşmadan hansı məktəbə nə qədər şagirdin qəbul olunmasını demək mümkün deyil. Qəbul planı bölgələr üzrə şagird sayı nisbəti, məktəblərin infrastruktur imkanları, müəllimlərin obyektiv dərs yükü müəyyənləşdirməklə icra olunacaq”.
Qeyd edək ki, Şəki rayonu üzrə 5 musiqi məktəbi fəaliyyət göstərir. 3 saylı Uşaq Musiqi Məktəbində isə 350 şagird təhsil alır.
Ətraflı videomaterialda:
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi












