Sahibkarın 90 min manatı ələ keçirildi - Bu şəxslər ittiham edilir - FOTO

Fərdi sahibkar İsmayılov Aqil Eldar oğlunun 90 560 manat pul vəsaiti ələ keçirilib.
Bu barədə Aqil İsmayılov bildirib ki, Laçın rayon sakini İlqar Nəsibov və tikinti sahəsində fəaliyyət göstərən Zaur Əsgərov onu “Dəniz-R” MMC və Hövsan qəsəbəsində yerləşən beton zavodunun sahibi olan Yalçın Kazımovla tanış ediblər:
“Dedilər ki, Yalçına beton vermək lazımdır. Mən də dedim ki, həll edərəm. Yaxın adam vasitəsilə ona beton göndərdim. Bu işi Zaur Əsgərova həvalə etdik. Ona dedim ki, işə nəzarət etsin.
Ödəniş rəsmi köçürmə üsulu ilə həyata keçirilməli idi. Yalçın bir dəfə köçürmə etdi. Növbəti işlərdə isə dedi ki, köçürmə edə bilmir. Sonra Malik Əliyev adlı şəxsi ortaya çıxardılar. Pulu ona verdilər ki, guya o köçürmə edəcək. Malik də yoxa çıxdı. Onunla əlaqə saxlamaq mümkün olmadı. Nömrələrinə də zəng çatmır. Yalçına da dedim ki, sən mənim verdiyim malın pulunu məndən xəbərsiz niyə başqa adama verirsən?

Fotoda: Malik Əliyev
Məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə şikayət etmişik. Hazırda istintaq davam edir.
Onu da qeyd edim ki, Malik Əliyev Yalçın Kazımovun yaxın adamıdır. Daha sonra başqa yerlərdən də eşitdim ki, onlar elə bu tip işlərlə məşğuldurlar. Bu prosesi düzün qoşan elə Yalçın Kazımovdur”, - deyə o qeyd edib.

Zaur Əsgərov isə saytımıza açıqlamasında bildirib ki, bir neçə gün əvvəl Malik Əliyevlə qarşılaşıb: “Malik pulu götürdüyünü inkar etmir, təsdiqləyir. Deyir ki, pulu geri qaytaracaq”.
İlqar Nəsibov da Malik Əliyevin pulu götürdüyünü və ödəniş etmədiyini təsdiqləyib.
Yalçın Kazımov isə iddialara belə cavab verib: “Malik Əliyev adlı şəxs Zaur Əsgərovun yaxın adamıdır. Mənim yaxınım deyil. Mən beton almışam, pulunu da İlqara ödəmişəm. Onlar köçürmə üçün pulu başqa adama veriblərsə, bunun mənə aidiyyatı yoxdur”. (unikal)
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










