Şahin Şıxlinski danışdı: "İlham Rəhimovun xahişindən sonra azadlığa buraxıldım" - VİDEO

Diaspora rəhbəri Prezident İlham Əliyevə və İlham Rəhimova təşəkkür etdi.
Musavat.com xəbər verir ki, Ural bölgəsində yaşayan Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinski azadlığa çıxdıqdan sonra Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğluna telefonla eksklüziv açıqlama verib.
Şiklinski bildirib ki, o, həm Rusiya, həm də Azərbaycan arasında münasibətlərin dostluq və qardaşlıq çərçivəsində davam etməsini istəyənlərdən biridir və bu proses üçün çalışanlardandır.
Saxlanılması ilə bağlı danışan diaspor rəhbəri deyib:
“İlkin mərhələdə məni saxlayanda kobud rəftar oldu. Bunu da hər kəs gördü. Amma sonrakı istintaq prosesində, idarədə heç bir kobudluqla rastlaşmadım, çox mədəni şəkildə davranıldı.”
Şahin Şıxlinski onu da qeyd edib ki, ondan Yekaterinburqda baş verən hadisələrlə, Azərbaycan diasporunun ayrı-ayrı üzvləri ilə bağlı, həmçinin Səfərov qardaşlarının cənazələrinin Azərbaycana verilməsindəki iştirakı ilə bağlı suallar soruşulub.
Diaspor rəhbəri bütün bu suallara cavab verib və sonda xüsusi olaraq vurğulayıb:
“Mən azadlığımın qorunması üçün, eləcə də Rusiyada yaşayan Azərbaycan diasporasının təhlükəsizliyi və hüquqları naminə göstərdiyi xidmətlərə görə iş adamı, hüquqşünas professor İlham Rəhimova minnətdaram. Mənim fikrimcə, İlham müəllim bu işə qarışmasaydı, Azərbaycan diasporası bu proseslərdən daha ağır yara ala bilərdi və şəxsən mənim azadlığa çıxmağım da məhz onun müdaxiləsi ilə mümkün oldu.”
Şahin Şıxlinski xüsusi olaraq Azərbaycan prezidentinə və dövlətinə minnətdarlıq edib.
“Arxamızda güclü dövlətimiz və rəhbərimiz var. Biz özümüzü kimsəsiz hesab etmirik. Əminəm ki, bu hallar və gərginlik də tezliklə aradan qalxacaq. Biz yenə əvvəlki kimi Rusiya-Azərbaycan dostluğunun şahidi olacağıq.”
Bütün bu olanlardan, araya qan düşəndən sonra belə bir dostluğu necə mümkün görürsünüz, sualına isə Şıxlinski nikbin cavab verib: “Bunlar da keçəcək. Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. Əminəm ki, hər şey yoluna girəcək.”
Xatırladaq ki, professor İlham Rəhimov Rauf Arifoğlu ilə danışarkən, Şahin Şıxlinski məsələsinə şəxsən nəzarət etdiyini, bunun üçün Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə birbaşa xahiş etdiyini bildirmişdi.
Şahin Şıxlinski də müsahibəsində təsdiqləyib ki, məhz bu xahişdən sonra onun azadlığa buraxılması asanlaşıb. Hazırda onun üzərində heç bir nəzarət və təzyiq yoxdur.
O, əlavə olaraq bildirib:
“Biz Azərbaycanla Rusiya arasındakı dostluğun, qardaşlığın əvvəlki mükəmməl vəziyyətinə qayıtması üçün əlimizdən gələni etməyə hazırıq.”
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












