Şahin Şıxlinskinin və Səfərov qardaşlarının məhkəməsi başladı

Yekaterinburqda Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski, onun oğlu Mutvalı, Səfərov qardaşları və Şücayəddin Rəcəbovun işi üzrə məhkəmədə ilkin dinləmə prosesi keçirilib.
Avtosfer.az e1.ru-ya istinadən xəbər verir ki, təqsirləndirilənlər qətl törətməkdə, sui-qəsd cəhdində, qətldə iştirakda və dövlət məmuruna qarşı zorakılıqda ittiham olunurlar.
Xəbərdə bildirilir ki, ittiham olunan şəxslər özlərini günahkar hesab etmirlər. Qapalı keçirilən məhkəmə prosesinə təqsirləndirilən azərbaycanlıların yaxınları və vəkilləri gəliblər. Növbəti məhkəmə iclasının yanvarda baş tutacağı gözlənilir.
Qeyd edək ki, bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirib. Bu zaman onlara zorakılıq tətbiq edilib və nəticədə iki azərbaycanəsilli qardaş - Ziyəddin və Hüseyn Səfərov aldıqları xəsarətlərdən ölüblər. Digər Səfərov qardaşları məhkəmə qərarı ilə həbs ediliblər. Onlar 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayətlərdə ittiham olunurlar.
Daha sonra Azərbaycan diasporunun lideri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski Yekaterinburqda həbs ediliblər. Mutvalıya qarşı dövlət məmuruna qarşı zorakılıq maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski sifarişli adam öldürməyə cəhd və dövlət məmuruna qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur.
M.Şıxlinski bu cinayət işi ilə əlaqədar iyulun 16-da həbs edilib və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Şahin Şıxlinski axtarışa verilib. O, avqustun 2-də Moskvada həbs olunaraq Yekaterinburqa köçürülüb. Avqustun 24-də məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Sentyabrın 24-də onun həbs qətimkan tədbirinin müddəti dekabrın 30-dək uzadılıb.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












