"Şahinlərin Görüşü-2026": Təyyarə və helikopterlərin uçuşları həyata keçirilib - FOTO

Azərbaycanda keçirilən "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təlimində Aviasiya vasitələrinin tətbiqi üzrə fəaliyyətlər məşq etdirilib.
Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, plana uyğun olaraq əvvəlcə hərbi qulluqçulara brifinq təqdim edilib, qarşıya qoyulan vəzifələr, onların yerinə yetirilmə ardıcıllığı və uçuşların təşkili qaydaları dəqiqləşdirilib.
Sonra iştirakçılar arasında koordinasiyanın təmin edilməsi, eləcə də nəzərdə tutulan fəaliyyətlərin plan üzrə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Təlimin növbəti mərhələsində təyyarə və helikopterlərin uçuşları həyata keçirilib. Uçuşlar zamanı aviasiya vasitələrinin tətbiqi və müəyyən edilmiş əməliyyatların yerinə yetirilməsi üzrə fəaliyyətlər məşq etdirilib.
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının, aviasiya və hava hücumundan müdafiə vasitələrinin qatıldığı təlimin əsas məqsədi şəxsi heyətin peşəkar hazırlığının artırılması, qarşılıqlı təcrübə mübadiləsini genişləndirilməsi və birgə fəaliyyət imkanlarının təkmilləşdirilməsidir.
Qeyd edək ki, "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təlimi oktyabrın 20-dək davam edəcək.

Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












