Saleh Səmədova hökm oxundu

İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədovun məhkəmə araşdırması başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, indilərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Prosesin əvvəlində vəkil müvəkkili tərəfindən vurulmuş 224 min manat ziyanın və bu məbləğin 50 faizi miqdarında dövlət rüsumunun tam ödənildiyini deyib. Bunu təsdiq edən sənədi məhkəməyə təqdim edib. Müdafiəçi bunu nəzərə alaraq cinayət işinə xitam verilməsini istəyib.
Dövlət ittihamçısı Fuad Musayev təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməməsini və ona 9 il azadlıqdan məhrumetmə cəzası təyin olunmasını tələb edib.
Prokuror fikrini belə əsaslandırıb ki, ziyanın ödənilməsindən sonra cinayət məsuliyyətindən azadetmə hər işə şamil edilə bilməz. Bu norma imperativ deyil, dispozitiv xarakter daşıyır və son qərarın verilməsi hakimin səlahiyyətindədir. İttiham tərəfi cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla müttəhimə cəza təyin etməlidir.
Səmədov da vəkilinin çıxışı ilə razılaşıb, son sözündə işə xitam verilməsini xahiş edib.
Leyla Əsgərova Məmmədovanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda belə qənaətə gəlib ki, dəymiş ziyan tam ödənilsə belə, cinayətin ağırlığı və ictimai təhlükəliliyi işə xitam verilməsinə imkan vermir.
Hökmə əsasən, Saleh Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib. Ağsaqqal müttəhim cəzasını ümumi rejimli cəzaçəkmə çəkəcək.
Onun cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə ödədiyi 112 min manat dövlət rüsumu özünə qaytarılacaq.
Qeyd edək ki, Saleh Səmədov 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış çıxış etmişdi. Bu hərəkətindən sonra ictimai qınaq hədəfinə çevrilən rayon ağsaqqalı bir müddət sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Korrupsiyada ittiham olunan Səmədov 17 aydır həbsdə idi.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












