Şamaxı-Cabanı avtomobil yolunun BƏRPASINA BAŞLANILDI

Şamaxı-Cabanı avtomobil yolunun 11-ci kilometrliyində baş verən təhlükəli sürüşmə ərazisində bərpa işlərinə başlanılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli faktı təsdiqləyib.
O qeyd edib ki, intensiv yağışlardan sonra Şamaxı-Cabanı yolunda baş verən sürüşmədən sonra bərpa işlərinin aparılması üçün əraziyə xüsusi texnikalar cəlb olunub.
"Hal-hazırda yolda intensiv bərpa işləri aparılır. Ərazidə zədələnmiş yol yatağı tamamilə qazılıb çıxarılır, xüsusi keyfiyyətli qruntla yeni, daha dayanıqlı yol yatağı inşa olunur. Növbəti mərhələdə isə əraziyə asfalt-beton örtüyü döşənəcək. Bütün bərpa işlərinin yaxın bir neçə gün ərzində tam yekunlaşdırılması nəzərdə tutulub", - deyə A.Nəcəfli bildirib.
Xatırladaq ki, Şamaxı-Cabanı avtomobil yolunda sürüşmə hadisəsi aprel ayının 23-də baş vermiş və yol tamamilə yararsız hala düşmüşdü.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












