Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO

Piyada keçidlərinin olmaması sakinlərə çətinlik yaradır.
Avtosfer.az xəbər verir ki, söhbət Abşeron rayonunun Saray qəsəbəsindən gedir. Sakinlərin sözlərinə görə, xüsusilə məktəblilər və yaşlı insanlar yolu keçərkən çətinliklə üzləşirlər.
Sakinlərin sözlərinə görə, qəsəbənin bir çox ərazilərində avtomobil yollarında piyada keçidi yoxdur. Bəzən bu cür hallar yol-nəqliyyat hadisələri ilə nəticələnir.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, Saray qəsəbəsində yol hərəkətinin daha təhlükəsiz və nizamlı təşkili üçün piyada keçidlərinə ehtiyac var. Bununla bağlı artıq tədbirlər planı da hazırlanıb.
Yaxın günlərdə Saray qəsəbəsinin müxtəlif ərazilərində piyadalar üçün zolaqların çəkilməsi nəzərdə tutulur.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












