Banner

“Şassi” mağazalarında saxta ehtiyat hissələrindən ŞİKAYƏT - FOTO

Xəbərlər 12 Noyabr 2026 15:41
“Şassi” mağazalarında saxta ehtiyat hissələrindən ŞİKAYƏT  - FOTO
WhatsApp kanalımıza abunə olun

“Şassi” mağazalar şəbəkəsindən avtomobil üçün ehtiyat hissəsi alan vətəndaş ciddi problemlə üzləşib.

Bu barədə Masallı rayon sakini Loğman Abdullayev məlumat verib. Onun sözlərinə görə, BMW X5 markalı avtomobili üçün “Şassi” mağazasından aldığı su pompasının nasazlığı nəticəsində avtomobilinin mühərrik və sürətlər qutusuna ziyan dəyib. Şikayətçi sözügedən mağaza səbəbindən 5 min manatdan artıq zərərə düşdüyünü bildirib.

Şikayətçinin sözlərinə görə, su pompasını 350 manata alıb. Sifarişi “Şassi”nin Lənkəran filialı vasitəsilə verib, ödənişi də həmin filiala köçürüb. Ehtiyat hissəsini isə Bakı şəhərində yerləşən Yasamal mağazasından götürüb.

Vətəndaş iddia edir ki, detalın nasazlığı nəticəsində avtomobilin mühərriki və sürətlər qutusu sıradan çıxıb. Problemdən sonra dəfələrlə Lənkəran filialına müraciət edərək narazılığını bildirib, həmçinin mağazanın əlaqə nömrələrinə zəng edib. Lakin müraciətləri nəticəsiz qalıb:

“*0440 nömrələrinə zəng edirəm. Dəfələrlə zəng etmişəm. Bir nömrəyə yönləndirirlər. Onlar da hər dəfə deyir ki, narahat olmayın, rəhbərliyə tapşırılacaq. Amma bu da nəticəsiz qalıb”.

Şikayətçinin sözlərinə görə, problem indiyədək həllini tapmayıb.

Qeyd edək ki, bu, “Şassi” mağazalar şəbəkəsi ilə bağlı səsləndirilən ilk narazılıq deyil. Sosial şəbəkəkərdə də mağazadan alınan ehtiyat hissələrinin nasazlığı nəticəsində avtomobillərin mühərrikində ciddi problemlər yarandığı barədə çoxlu şikayətlər var.

“Şassi” mağazalar şəbəkəsindən məsələ ilə bağlı münasibət öyrənməyə hazırıq./tribuna.az

Oxunub : 112
ŞƏRH YAZ
Ad

E-mail

Şərh