Satdığı maşını geri almaq üçün 480 min ödəməli oldu

Türkiyənin Malatya vilayətinin Kale rayonuna bağlı Kumyazı məhəlləsində yaşayan Nəcməddin Temur inanılmaz dələduzluğun qurbanı olub.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, Temur özünə məxsus yüngül yük avtomobilini 1 milyon lirəyə internet üzərindən satışa çıxarıb. Qısa müddət sonra Konya şəhərindən zəng edən və özünü müəllim kimi təqdim edən bir şəxslə razılığa gəlib. Alıcı saxta bank köçürmə sənədi (dekont) təqdim edərək notariusda avtomobilin adını üzərinə keçirib.
Satış əməliyyatı tamamlandıqdan sonra Temurun hesabına pul köçmədiyi üçün o, aldadıldığını anlayıb və avtomobili təhvil vermədən polisə müraciət edib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, avtomobil üçüncü bir şəxsə 480 min lirəyə satılıb.
Prokurorluğun qərarına əsasən, notarius üzərindən rəsmi şəkildə alqı-satqı aparıldığı üçün avtomobilin yeni alıcısı qanuni sahib sayılıb. Bu səbəbdən Nəcməddin Temur avtomobilini geri ala bilmək üçün 480 min lirə ödəməli olub.
Temur bildirib ki, notarius, vəkil və digər xərclərlə birlikdə ümumilikdə təxminən 600 min lirə zərərə düşüb və hadisəni törədən şəxslərdən rəsmi şəkildə şikayətçi olub.
Hadisə ilə bağlı açıqlama verən Temur deyib:
"Avtomobilimi satışa qoymuşdum. Qısa müddət sonra özünü müəllim kimi təqdim edən bir nəfər övladımla əlaqə saxladı. Müəllim olduğunu deyərək endirim istədi. Biz də etibar edib 30 min lirə endirim etdik və 1 milyon lirə üzərində razılaşdıq. Sonradan məlum oldu ki, avtomobili 480 min lirəyə başqa şəxsə satıblar. Vəkil, notarius və digər xərclərlə birlikdə 600 min lirə zərərə düşdüm. Dələduzların ələ keçirilməsini istəyirəm."(Sonxeber.az)
Bakıda altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
8 aylıq hamiləni yarıyolda düşürdən sürücü CƏZALANDIRILDI - VİDEO
Metronun "Koroğlu" stansiyasının yaxınlığındakı qanunsuzluğun İFŞASI - VİDEO
Azərbaycanın ilk ödənişli yolunda sürücüləri təngə gətirən problemlər - RƏSMİ AÇIQLAMA
Canlı yayımda söyüş söyən daha bir tiktoker HƏBS EDİLDİ
Park yeri uğrunda mübahisə: Qadın stulda oturub avtomobilə mane oldu - VİDEO
Paytaxtın daha üç küçəsində TƏMİR İŞLƏRİNƏ BAŞLANILIR
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Bakının hansı küçə və prospektlərində TƏMİR GEDİR?
Bakıda peyda olan "beynəlxalq hüquq müdafiəçisi" David Seliverstov kimdir? – SENSASİON detallar - FOTO
"28 May"-"Nizami" arasında avtobuslar niyə pulsuz olmayacaq? - Ekspert izah ETDİ










