Saxta ödəniş səhifələri yaradılıb - Ehtiyatlı olun!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) əməkdaşları tərəfindən açıq mənbələr üzrə aparılan monitorinq zamanı “MilliÖn” ödəniş sisteminin adından və vizual üslubundan istifadə etməklə həyata keçirilən fişinq kampaniyası aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə ETX məlumat yayıb.
Bildirilib ki, bu saxta kampaniya çərçivəsində istifadəçilərə 1 AZN müqabilində 5 GB mobil internet və 80 dəqiqə danışıq paketi təklif edilir. Bu məqsədlə “MilliÖn”ün rəsmi səhifələrini təqlid edən million-az.shop və millionaz.site domenlərində saxta ödəniş səhifələri yaradılıb. Səhifələrdə istifadəçidən kart sahibinin adı və soyadı, kart nömrəsi, kartın bitmə tarixi, CVV kodu, telefon nömrəsi və digər məlumatlar tələb olunub.
MKA-nın apardığı texniki təhlil nəticəsində müəyyən edilib ki, səhifələrdə daxil edilən məlumatların real ödəniş sisteminə, prosessinq mərkəzi və ya bank şlüzünə ötürülməsini göstərən mexanizm mövcud deyil. Əksinə, mənbə kodunda istifadəçinin daxil etdiyi məlumatların saytın idarəedici skripti vasitəsilə üçüncü tərəfə, o cümlədən “Telegram” xidmətinə ötürülməsini təmin edən funksiya aşkarlanıb. Bu isə resursların əsas məqsədinin ödəniş qəbul etmək deyil, bank kartlarının rekvizitlərini toplamaq olduğunu göstərir.
Araşdırma zamanı müəyyən edilib ki, eyni yanaşma yalnız “MilliÖn” adı ilə məhdudlaşmır. “AzərPay” adı altında yaradılmış saxta hesab və domenlərdə də oxşar məzmunlu kampaniya həyata keçirilib. Müxtəlif reklam materiallarının müqayisəsi zamanı eyni şablon və strukturdan istifadə olunduğu, əsasən brend elementlərinin dəyişdirildiyi müəyyən edilib. Bununla yanaşı, “Ulduz Pay” adı ilə yaradılmış saxta hesab vasitəsilə də “millionaz.site” domeninə keçid yerləşdirilib.
MKA-nın monitorinqi nəticəsində kampaniya ilə əlaqəli internet-million.online, miillion.online, millionngb.com və azerpay-az-gb.site.je domenləri də aşkarlanıb.
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO












