"Sədərəyə dəmir yolu çəkilənə qədər Ermənistan blokadada qalacaq" - Erməni deputat

"Yerasx-Sədərək dəmir yolu çəkilənə qədər Ermənistan blokadada qalacaq".
Avtosfer.az xəbər verir ki, bunu Ermənistan parlamentinin "Hayastan" fraksiyasından olan deputat Artur Xaçatryan deyib.
O, oktyabrın 23-də Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasına üzv seçilməsi ilə bağlı müzakirələr zamanı qeyd edib ki, regional kommunikasiya və blokadanın aradan qaldırılması ilə bağlı müzakirələr hələlik real işlərə uyğun gəlmir: "Yerasx-Sədərək yolunun açılması həyati əhəmiyyət kəsb edir. O tikilənə qədər Ermənistan blokadada qalacaq. Tez-tez haqqında danışılan "Tramp yolu" bu hissə olmadan tam fəaliyyət göstərə bilməz. Yolun təkcə 42 kilometri deyil, Yerasxa gedən bütün marşrutu əhatə etməsi vacibdir".
Millət vəkili İcevan-Qazax yolunun əhəmiyyətini də vurğulayaraq, onun açılmasının təkcə Tbilisiyə deyil, həm də Xəzər dənizinə qısa yol açdığını qeyd edib.(unikal)
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












