Sədrin kabinetində keçirildiyi deyilən əməliyyatla bağlı - Partiyadan açıqlama

Ümid partiyası qurumun Nərimanov rayonunun “Montin” qəsəbəsindəki ofisində əməliyyat keçirilməsi ilə bağlı məlumata münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, partiya yaydığı məlumatda hadisənin ofisdə deyil, küçədə baş verdiyini bildirib.
Qeyd edilib ki, hadisə yanvarın 17-də qeydə alınıb: “Ümid Partiyasının 150 m məsafədə yerləşən “Şəkərbala” uşaq bağçasının qarşısında axtarışda olan şəxs polis işçiləri tərəfindən saxlanılıb. Xeyli polis işçisinin toplandığı yerə Ümid Partiyasının sədri yaxınlaşıb və hadisənin mahiyyətini soruşub.
Ona cavab olaraq bildirilib ki, axtarışda olan şəxslə bağlı tədbirdir. Sədr polislərə uğurlar arzulayıb və qərargaha dönüb.
Ümid Partiyasının qərargahında, sədrin otağında, partiyaya aid ərazidə nə kimsə saxlanılıb, nə də axtarış aparılıb”.
Məlumat üçün bildirək ki, partiyanın ofisində əməliyyat aparılması, Elnur adlı şəxsin partiya sədri İqbal Ağazadənin kabinetində həbs edilməsi ilə bağlı məlumatı Gununsesi.info saytı yaymışdı.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












