"Səfərov qardaşları postravmatik və posthemorrogik şokdan vəfat ediblər" - Müstəntiq

Hüseyn və Ziyəddin Səfərov qardaşlarının ölümü ilə bağlı müxtəlif xəstəliklər göstərilsə də, hər iki şəxsin dəfn edilməsi üçün Azərbaycana gətirilmiş nəşləri Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən müayinə aparılması üçün ekspertizaya təqdim olunub. Peşəkar həkim tibbi-ekspertlərinin, prokurorluğun vəzifəli şəxslərinin iştirakı ilə meyitlər müayinə edilib.
Avtosfer.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Pərviz Cəlilov Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı Baş Prokurorluqda keçirilən brifinqdə deyib.
O qeyd edib ki, artıq bununla bağlı Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov tərəfindən ekspertizanın nəticələri açıqlanıb: "Hər iki şəxsin meyitinin daxili və xarici müayinəsi zamanı çoxsaylı xəsarətlər, sümüklərin yerdəyişmiş sınıqları, daxili orqanların zədələnməsi halları aşkar edilib. Bu da həmin şəxslərin saxlanılma və daşınması zamanı geniş şəkildə fiziki zorakılığa məruz qaldığını bir daha təsdiq edir. Ekspertizanın rəyinə əsasən, Səfərov qardaşlarının hər biri postravmatik və posthemorrogik şokdan vəfat ediblər ki, bu da çoxsaylı fiziki xəsarətlər nəticəsində baş verib”.
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












