Şəhid Anar Əliyevin yoldaşına leytenant rütbəsi verildi

Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib.
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, polkovnik-leytenant, şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva bu gün Gömrük orqanlarında xidmətə yeni qəbul edilən əməkdaşların andiçməsində iştirak edənlər arasında olub, ona bu gün leytenant rüstbəsi verilib.
Vüsalə Əliyeva Gömrük orqanlarında işə başlaması barədə sayta açıqlama verib: “Gömrük əməkdaşı olaraq bu gün andiçmə mərasimində iştirak etmək hər birimiz üçün qürurverici və məsuliyyətli idi. Biz vətənimizə, dövlətimizə hər zaman sadiq qalaraq, daim dürüst və peşəkar, vətənpərvər, məsuliyyətli olmaqla yanaşı, Azərbaycanın qanunlarına sədaqətlə xidmət edəcəyimizə and içdik. Vətən müharibəsi qəhrəmanının, hər zaman hərbi paradda öndə gedən bir komandirin xanımı kimi bu gün də mən qrup komandiri kimi öndə gedirdim. Bu mənim üçün ikiqat məsuliyyətli idi”.
.jpg)
“Gömrük orqanındakı andiçmə mərasimi hər il Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirilir. Azərbaycanın qurucusu olan Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Prezidentə minnətdarıq. Bugünkü çiçəklənən, suveren, azad, müstəqil Azərbaycana görə bütün şəhidlərimizə minnətdarıq. Müstəqil, suveren Azərbaycanın vətəndaşı olaraq, həm də bu dövlətə xidmət edən, Gömrük orqanında xidmət edən biri kimi mənim üçün ikiqat sevincli gündür”, - o qeyd edib.

V.Əliyeva qeyd edib ki, o, keçən ilin mayın 8-də kiçik leytenant rütbəsi alıb, indi isə yeni bir əmrlə leytenant rütbəsinə layiq görülüb: “Mən Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırova öz təşəkkürümü bildirirəm. İnşallah ki, bu etimadı ən yüksək səviyyədə doğruldarıq. Vətənə, Azərbaycana xidmət etmək hər birimiz üçün, xüsusilə də bir zabit kimi bizim üçün şərəfdir.
Övladlarımın yanımda olması mənə həmişə dəstək oldu. Mən də bu gündən Azərbaycana xidmət edirəm. Bu mənim üçün olduqca məsuliyyətli və qürurlu hisdir”.
Qeyd edək ki, Vüsalə Əliyeva Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən, Şuşaya girişi təmin edən döyüşlərə rəhbərlik edən Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin həyat yoldaşıdır.
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB










