Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsi başlayıb - YENİLƏNİB

Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşının məhkəməsi başlayıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilənlər - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadin anket məlumatları dəqiqləşdirilib, həmçinin onlara hüquq və vəzifələri izah olunub.
Prosesdə Şəhidlər xiyabanında dəfn olunan şəhid Etibar Fərəcovun qohumu Eldəniz Fərəcov zərərçəkən qismində iştirak edib.
Məhkəmədə onları vəkillər - Vasif Həsənov, Natiq Məmmədov və Rüfət Qədirli müdafiə edib.
Dövlət ittihamçısı cinayət təqibində hər hansı bir qanun pozuntusu olmadığını deyib və işin məhkəmə baxışına verilməsinə etiraz etməyib.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri onlar barəsində cinayət işinə xitam verilərək barələrində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunması üçün vəsatət veriblər.
Vəkillər vəsatəti müdafiə etdiyi şəxslərin cinayət törətdiyi yerin hara olduğunu bilmədikləri ilə əsaslandırıblar.
Vəkil deyib ki, ərəb ölkələrində məzarlar Azərbaycandakı kimi olmur. Müdafiəçi bildirib ki, təqsirləndirilən şəxslər Şəhidlər xiyabanında onların məzarlarının belə olmayacağını bir-biriləri arasında zarafatlaşaraq söyləyiblər.
Daha sonra QR kodu oxudaraq həmin yerdə şəhidlərin dəfn olunduğunu öyrəniblər və öz ölkələrinə xas olan hərbi salam veriblər, lakin bu hərbi salam yanlış anlaşılmaya səbəb olub.
Məhkəmə təqsirləndirilən şəxslər barəsində cinayət işinə xitam verilməsi ilə bağlı vəsatəti təmin etməyib. Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.
Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin olunub.
***
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan üç nəfər əcnəbi Səbail Rayon Məhkəməsinə gətirilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu gün onlar barəsində açılan cinayət işi üzrə məhkəmə prosesinin başlayacağı gözlənilir.
Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin bu il avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri və Şəhidlər xiyabanında çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.
Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş - FOTO
Bakının küçələri yeni tədris ilinə hazırdır?
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR










