“Şəki dairəsi”ndə yolun inşası niyə ləngiyir? - Sahibkarlar narazıdır - FOTO

Nərimanov rayonunun Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yeni yolun salınması ilə bağlı təmir işləri ləngiyir.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu vəziyyət daha çox yolun ətrafındakı obyektlərin fəaliyyətinə mənfi təsir göstərir.
Artıq bir müddətdir ərazidə fəaliyyət göstərən obyekt sahibləri dairədə aparılan işlərin gedişatından şikayət edirlər. Sahibkarların sözlərinə görə, 1 ildən çoxdur təmirə bağlanan yola görə xeyli ziyana düşüblər.
“Dəyərli Azəryol (red:AAYDA), nəzərinə çatdırmaq istəyirik ki, Əhməd Rəcəblidəki bütün sahibkarlar müflis oldu. İşlərə başlaya bilərsiniz…”, - ərazidəki məşhur iaşə obyektlərindən birinin sahibi sosial şəbəkə hesabı üzərindən etirazında bildirib.
.jpg)
Tanınmış vəkil Ceyhun Yusifov hesab edir ki, tikinti işlərinin uzun müddət ləngiməsi hərəkətin intensivliyini pozmaqla yanaşı, həmin ərazidə yaşayan sakinlərin, o cümlədən sahibkarın hüquqlarının kobud surətdə pozulması deməkdir:
“Mütləqdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən şəhərin əsas istiqamətlərini müəyyənləşdirən yolayrıcı ilə bağlı tikinti işləri intensivləşdirilməli və qısa müddətdə başa çatdırılmalıdır. Söhbət gedən yolla bağlı işlərin başa çatdırılması tarixində də gecikmə var. Bu həm sakinlərin, həm də sahibkarların hüquqlarının pozulmasıdır.”
Vəziyyətlə yerində tanış olmaq üçün saytımızın əməkdaşı əraziyə yollanıb. Məlum olub ki, təmir işləri deyildiyi kimi ləng gedir.
.jpg)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən isə əksinə, yolun inşasının qrafikə uyğun, ləngimə olmadan həyata keçirildiyini, sadəcə bəzi yerlədə müvəqqəti fasilə yarana biləcəyi deyilib.
Xəbəri rus dilində oxuyun: Долгострой на "Шекинском кругу": чем недоволен бизнес?
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramına uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin inşası davam etdirilir.
“Dövlət proqramına uyğun olaraq yeni yolun inşası təsdiq edilmiş qrafikə əsasən həyata keçirilir. Layihə üzrə işlər davam edir və hər hansı gecikmə yoxdur. Layihənin ayrı-ayrı hissələrində müxtəlif səbəblərdən müvəqqəti, qısamüddətli fasilələr yarana bilər. Lakin bu, işlərin dayandırılması demək deyil. Çünki fiziki irəliləyiş bütövlükdə layihə üzrə qiymətləndirilir, ayrı-ayrı hissələr üzrə deyil”, - rəsmi cavabda qeyd edilib.
Ümid edək ki, müxtəlif səbəblər tezliklə aradan qalxacaq və işlərin sürətlənməsi aylardır ziyana düşən sahibkarların ürəyinə bir az da olsa su səpəcək.



İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO










