Şəkidə qoyun oğruları belə tutuldu - VİDEO

Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Şorsu kənd sakininə məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər də məhkum olunmuşlar - Sadiq Əliyev, Şahid Ballıyev və Elton Paşayev müəyyən olunaraq saxlanılıblar.
Onlar maskalı şəkildə zərərçəkənin həyətyanı sahəsinə daxil olaraq heyvanları oğurladıqlarını və müxtəlif şəxslərə sataraq əldə etdikləri qazancı aralarında böldüklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












