Səlim Müslümovun milyonluq evi də satışa çıxarıldı

27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş evi və obyekti satışa çıxarılır.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, iki əmlakın ümumi satış qiyməti təxminən 1 milyon 376 min manat təşkil edir.
Mənzillərdən birinin dəyəri bir milyon manata yaxındır:
- Yasamal rayonu, Mirzə İbrahimov küçəsində 370.4 kv.m sahəsi olan yaşayış evi - Satış qiyməti 926 250 manat;
- Səbail rayonu, Azadlıq prospektində qeyri-yaşayış sahəsi - Satış qiyməti 450 000 manat.
Ümumilikdə isə sabiq nazirin 20 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib.
Qeyd edək ki, ötən ay da S.Müslümova məxsus 490 min manat dəyərində iki mənzil satışa çıxarılıb.
Xatırladaq ki, S.Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Dövlətə dəymiş ziyanın 20 milyon manatdan artıq hissəsi ödənildiyindən ona şərti cəza verilib.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












