Şəmkirdə 5 kq narkotik dövriyyədən çıxarıldı

Şəmkir rayonunda 5 kq narkotik dövriyyədən çıxarılıb.
Avtosfer.az xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Elşad İsmayılov saxlanılıb.
Onun üzərində şəxsi axtarış zamanı narkotik vasitə olan “marixuana” aşkar edilib.
Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilib və oradan 4 kq 700 qram narkotik vasitə olan “marixuana” aşkarlanaraq götürülüb.
Bundan başqa, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və satmaqda şübhəli bilinən 7 nəfər də saxlanılıb. Onların üzərindən, avtomobilindən və yaşadıqları ünvandan müxtəlif çəkidə və növdə narkotik vasitə aşkar edilib.
Faktlarla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












