Sənədsiz evlər yeni kanalizasiya kollektorlarına qoşula biləcək? - RƏSMİ AÇIQLAMA

Bakının müxtəlif ərazilərində kanalizasiya infrastrukturunun genişləndirilməsi və yenilənməsi istiqamətində işlər davam etdirilir.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, paytaxtın bir sıra ünvanlarında yeni kanalizasiya kollektorlarının tikintisi aparılır, mövcud xətlərin isə yenilənməsi və şəbəkənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Yeni kollektorların istifadəyə verilməsi ilə şəhərin kanalizasiya sisteminin yükünün azaldılması, xüsusilə mərkəzləşdirilmiş şəbəkəyə çıxışı olmayan ərazilərdə infrastruktur imkanlarının artırılması gözlənilir.
Maraqlıdır ki, tikinti başa çatdıqdan sonra sənədsiz evlərin mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulması mümkün olacaq?
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bildirib ki, su və ya tullantı su təchizatına qoşulma mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənir:
"Belə ki, qoşulma və xidmətlərdən istifadə etmək üçün vətəndaş müvafiq sənədlərlə (həmin sənədlər içərisində mütləq şəkildə çıxarış da yer alır) Xidmətə müraciət etməlidir. Yalnız bütün sənədləri olan və tələblərə cavab verən vətəndaş su və ya kanalizasiya təchizatına qoşula bilər".
Qeyd edilib ki, hazırda Bakı şəhəri və Abşeron rayonu üzrə bir sıra genişmiyqaslı layihələr icra olunur. Xidmətin mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə infrastruktur qurulması məqsədilə bir sıra layihələr hazırlanıb və tikinti quruculuq işləri aparılır.
Cari olaraq Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının, Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün sutəmizləyici qurğunun, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində tikinti-quruculuq işləri mərhələli şəkildə icra olunur.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












