Sənədsiz evlərlə bağlı yeni təklif

Özbaşına tikilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı normativ bazanın hazırlanması vacibdir.
Avtosfer.az xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, mənzil hüququnun təmini istiqamətində atılacaq mühüm addımlardan biri də sənədsiz yaşayış sahələrinin sənədləşdirilməsi ilə bağlıdır:
“Çoxmərtəbəli binalarda yerləşən mənzillərin sənədləşdirilməsi üçün hüquqi baza olsa da, özbaşına tikilmiş fərdi yaşayış evlərinin rəsmiləşdirilməsi mexanizmi hələ də mövcud deyildir. Bu isə həmin tikililərdə yaşayan şəxslərin mənzillərindən istifadə və sərəncam hüququnu, habelə digər əlaqəli hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır”.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












