Sərhəddə körpünün tikintisinə 50 milyon ayrılacaq

Moldova ilə Rumıniya sərhədində, "Leuşeni-Albitsa" sərhəd-keçid məntəqəsi zonasında Prut çayı üzərində yerləşən körpü yenidən tikiləcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Rumıniya hökuməti köhnə körpünün bərpasını iqtisadi baxımdan səmərəsiz hesab edərək 257 milyon ley (təxminən 50,4 milyon avro) dəyərində yeni tikinti layihəsini təsdiqləyib. Rumıniya hökumətindən bildirilib ki, "Leuşeni-Albitsa" keçid məntəqəsi ərazisində yeni körpünün inşası transsərhəd infrastrukturun müasirləşdirilməsi istiqamətində ən mühüm layihələrdən biri olacaq. Tikintinin Avropa fondları və dövlət dəstəyi hesabına maliyyələşdirilməsi planlaşdırılır. Yeni körpü dörd hərəkət zolaqlı olacaq və uzunluğu 420 metr təşkil edəcək. O, Moldovanın M1 magistral yolunu Rumıniyanın DN 24B avtomobil yolu ilə birləşdirəcək. Körpünün 24 ay ərzində inşa olunması nəzərdə tutulur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












