Sərnişinləri qapıdan asılı vəziyyətdə daşıdı - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Binəqədi rayonu ərazisində sərnişindaşıma xidməti göstərən "İsuzu" markalı 41 saylı marşrut avtobusunda təhlükəli anlar lentə alınıb. Belə ki, sərnişinlə dolu avtobusda bir neçə şəxsin açıq qapıdan asılı vəziyyətdə getməsi izləyicilərin narazılığına səbəb olub.
41 saylı marşrut xəttinin nümayəndəsi Afis Mikayılov məsələ ilə bağlı danışıb.
O qeyd edib ki, son günlərdə Binəqədi qəsəbəsində kommunikasiya xətləri çəkilir, sözügedən işlər nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib:
"Bu da 41 və 45 saylı müntəzəm marşrut xətlərinin fəaliyyətinə mənfi təsir göstərərək interval pozulmalarına səbəb olur. Nəticədə bəzi hallarda sərnişin sıxlığı müşahidə edilir. Bununla yanaşı, yolların vəziyyəti avtobuslarda texniki nasazlıqların yaranmasına və qəzalara gətirib çıxarır. Bütün bunlar marşrut xəttinin dövriliyinə, sərnişinlərin daşınmasına mənfi təsir göstərir. Yayılmış görüntüyə gəlincə, avtobusun sürücüsü müəyyən edilərək, tərəfimizdən tədbir görüləcək".(oxu.az)
***10:23
Bakı şəhərinin Binəqədi rayonu ərazisində sərnişindaşıma xidməti göstərən 41 saylı marşrut avtobusunun təhlükəli şəraitdə hərəkət etməsini əks etdirən görüntülər yayılıb.
Avtosfer.az xəbər verir ki, video paylaşan jurnalist Qafar Ağayev “İsuzu” markalı avtobusun tamamilə dolduğunu və bir neçə sərnişinin açıq qapıdan asılı vəziyyətdə hərəkət etdiyini bildirib.
O, hadisənin bu gün Binəqədi qəsəbəsi ərazisində baş verdiyini bildirib.
Sürücünün nəqliyyat vasitəsini bu şəraitdə idarə etməsinin təhlükəli olması bildirilməklə yanaşı, bəzi sərnişinlərin öz həyatlarını riskə atması da sosial şəbəkədə narazılıqla qarşılanıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












