Sərnişinlərin NƏZƏRİNƏ: Səkkiz marşrutun hərəkət istiqaməti dəyişdirildi

Xırdalan şəhərinin Heydər Əliyev prospektində aidiyyəti qurum tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd olunub ki, məhdudiyyət səbəbindən E2, 135, 515, 517, 523, 535, 592 və 596 nömrəli marşrutların hərəkəti alternativ küçələr üzrə təşkil edilib.
E2 nömrəli marşrutun avtobusları metronun "20 Yanvar" stansiyasından Xırdalan şəhəri istiqamətində Heydər Əliyev prospekti, Zərifə Əliyeva, Qələbə və Mehdi Hüseynzadə küçələri ilə hərəkət edir. Marşrutun başlanğıc dayanacaq məntəqəsi Heydər Əliyev prospektində təşkil edilib.
135 nömrəli marşrutun avtobusları başlanğıc dayanacaq məntəqəsi Mehdi Hüseynzadə küçəsi olmaqla Heydər Əliyev prospekti ilə hərəkət edir.
517 nömrəli marşrut iki istiqamət üzrə fəaliyyət göstərir. Birinci istiqamət Masazır kəndindəki "Yeni Bakı" yaşayış kompleksindən Həsən Əliyev küçəsindəki dairəvi hərəkətə qədər, ikinci istiqamət isə Masazır kəndindəki "Yeni Bakı" yaşayış kompleksindən Heydər Əliyev prospektinə qədər təşkil edilib.
515, 523 və 596 nömrəli marşrutların hərəkəti Heydər Əliyev prospekti, Hacı Zeynalabdin Tağıyev, Osman Sarıvəlli, İmadəddin Nəsimi və Həsən Əliyev küçələri üzrə təşkil edilib.
535 nömrəli marşrutun son dayanacaq məntəqəsi Heydər Əliyev prospektində, Hacı Zeynalabdin Tağıyev küçəsi ilə kəsişmənin yaxınlığında təşkil edilib.
592 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi isə Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə küçəsi ilə kəsişmənin yaxınlığında təşkil olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












