Şərurlu İsfəndiyar bir milyon dollarlıq məhkəmə işində uduzdu

İş adamı Rəşid Qoşnalı oğlu Süleymanovla "Şərur" MTK arasındakı məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az Modern.az-a istinadla xəbər verir ki, iddiaçı cavabdehə investisiya olaraq hissə-hissə ümumilikdə bir milyon ABŞ dolları məbləğində pul verib. Qoyduğu həmin investisiyanın müqabilində cavabdeh ona qeyri-yaşayış sahəsi verməli olsa da, buna əməl etməyib. Sonuncu dəfə 2023-cü il noyabrın 4-də cavabdehə onun satış üzrə meneceri vasitəsilə bir milyon ABŞ dollarından 246 000 ABŞ dolları hissəsini verib. Həmin pulları o, Binəqədi rayonu, S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında (metronun "Azadlıq" stansiyasının ətrafında) inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün ödəyib. Lakin kooperativ pulu ondan aldıqdan sonra ticarət mərkəzini verməyib və ödədiyi pulun bir qismini hissə-hissə qaytarıb.
Sonuncu dəfə 2022-ci il aprel ayında iddiaçıya 25 000 ABŞ dolları qaytarılıb. İddiaçının cavabdehə ödəmiş olduğu 467 000 ABŞ dolları məbləğində pul isə geri qaytarılmayıb.
Metronun "Azadlıq" stansiyasının yaxınlığındakı ticarət mərkəzini başqasına satdıqdan sonra cavabdeh iddiaçıya həmin əraziyə yaxın "Red Plaza" adlı binadan qeyri-yaşayış sahəsi ayıracağını vəd verib. 2023-cü ilin mart ayında kooperativin rəhbərliyi ilə bu məsələyə dair son müzakirə olub. Cavabdeh həmin sahəni də verməyəcəyini və qalan 467 000 ABŞ dolları məbləğində pulu qaytarmayacağını bildirib.
Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qərar qəbul olunub. 467 000 ABŞ dolları əsas borc, gecikdirilmiş 242 gün üçün 15 481 ABŞ dolları illik 5 faiz olmaqla, cəmi 482 000 ABŞ dolların cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə qərar verilib.
Qeyd edək ki, "Şərur" MTK məşhur iş adamı, qeyri-rəsmi milyarder, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundova məxsusdur.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












