"Şərurlu İsfəndiyar" ondan tələb olunan 5 milyon manata etiraz etdi

Böhtan və təhqir maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə iş adamından şikayət edən və hazırda həbsdə olan Emin Səmandərov komvoyun müşayəti ilə prosesə gətirilib.
Tanınmış iş adamı İsfəndiyar Axundov da prosesdə iştirak edib.
Prosesdə İsfəndiyar Axundovun Emin Səməndərovun ünvanına söylədiyi ifadələrin yenidən ekspertizaya göndərilərək rəy verilməsi ilə bağlı vəsatətlər təqdim edilib.
Xüsüsi ittiham qaydasında təqsirləndirilən İsfəndiyar Axundov isə zərərçəkən tərəfdən ondan tələb olunan 5 milyon manat məbləğə etirazını bildirib. İş adamı ona qarşı irəli sürülən iddia tələbini əssssız sayıb.
Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.
Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.
O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?












