Sərxoş halda canlı yayım açan hərbi hissə mühəndisi - Həbs olundu

“TikTok”da açdığı canlı yayımda cəmiyyətə qarşı açıq hörmətsizlik edən şəxs məsuliyyətə cəlb olunub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Tovuzda yaşayan Füzuli rayon sakini 50 yaşlı Eldar Rzayevin (ad şərtidir) canlı yayım zamanı nalayiq ifadələr işlətməsi ilə bağlı polis tərəfindən tədbir görülüb.
Məlum olub ki, o, canlı yayıma ağır dərəcəli sərxoş vəziyyətdə çıxıb və cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən qeyri-etik paylaşımlar edib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilərək məhkəməyə göndərilib.
Rzayev izahatında etdiyi hərəkətlərdən peşman olduğunu desə də, məhkəmənin qərarına əsasən ona 25 sutka inzibati həbs verilib.
Qeyd edək ki, həbs edilən şəxs “N” saylı hərbi hissədə mühəndis vəzifəsində işləyir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












